Operativ Məlumat Mərkəzi

Azərbaycan hava limanında saxlanılan narkotaciri Rusiyaya təhvil verib

2 dəq
Paylaş:
Azərbaycan hava limanında saxlanılan narkotaciri Rusiyaya təhvil verib

Rusiya Federasiyasının axtarışı ilə həbs edilən şəxs həmin ölkəyə ekstradisiya edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Baş Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, Rusiya Federasiyası Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə külli miqdarda narkotik vasitələri satmağa cəhd maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa elan edilmiş 1995-ci il təvəllüdlü həmin ölkənin vətəndaşı Kuntseviç Aleksey Oleqoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, o, ötən il noyabrın 15-də ölkəmizə gələn zaman adına Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib.

Aleksey Kuntseviç Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax