Operativ Məlumat Mərkəzi

Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa etdi

2 dəq
Paylaş:
Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa etdi

Bolqarıstana qaz nəqlini bərpa edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Bolqarıstanın təbii qaz tədarükçüsü “” şirkətinin bəyanatına istinadən xəbər verir.

“Azərbaycanla uzunmüddətli müqavilə əsasında Bolqarıstana qaz tədarükü bazar günü, yanvarın 19-da bərpa edilib”, - şirkət yanvarın 20-də bildirib.

Xəbər verdiyimiz kimi, “Bulgargaz” ötən həftə Azərbaycanın səbəblərdən yanvarın 7-dən etibarən Bolqarıstana qaz nəqlini müvəqqəti dayandırdığını açıqlamışdı. Tədarükün yanvarın 11-də bərpa olunacağı bildirilsə də, yanvarın 10-da BP " Alfa" platformasından Səngəçal terminalına kondensatın nəqli üçün nəzərdə tutulmuş boru kəmərində texniki nasazlıq barədə məlumat verib. Problemi mümkün qədər tez həll etmək üçün platformanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Yanvarın 18-də axşam kondensat boru kəmərində yaranmış problem tam aradan qaldırıldıqdan sonra "BP-Azərbaycan" şirkəti "Şahdəniz Alfa" platformasından hasilatı bərpa edib.

“Hazırda “Şahdəniz Alfa” platformasından hasilat və ixrac əməliyyatları tədricən artır və tam gücə çatmaq üçün daha bir neçə gün lazımdır”, - "BP-Azerbaijan" qeyd edib.

Qeyd edək ki, platformadan hasilatın dayandırılması Azərbaycan qazının Bolqarıstan və Serbiyaya nəqlinə təsir göstərib.

Bolqarıstanın Azərbaycanla ildə 1 milyard kubmetr həcmində qaz tədarükünə dair uzunmüddətli müqaviləsi var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax