Operativ Məlumat Mərkəzi

Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalanıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalanıb - YENİLƏNİB

İlham Əliyevin və Prezidenti Rumen Radevin iştirakı ilə -Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”ni .

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və “Bulgaria Air” aviaşirkətinin idarə heyətinin üzvü Xristo Todorov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”ni imzaladılar.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və Bolqarıstan Respublikasının energetika nazirinin vəzifəsini icra edən Vladimir Malinov “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Asarel Investment” şirkətinin müşahidə şurasının sədri Dimitrar Tsosorkov “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu”nu imzaladılar.

***

Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rumen Radev iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax