Operativ Məlumat Mərkəzi

Azərbaycan bankları üçün kibergigiyena sualları hazırlanacaq

2 dəq
Paylaş:
Azərbaycan bankları üçün kibergigiyena sualları hazırlanacaq
bunu Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin direktoru Tural Məmmədov bildirib. O qeyd edib ki, informasiya təhlükəsizliyi...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Dövlət İmtahan Mərkəzi ilə birlikdə banklar üçün kibergigiyena suallarının hazırlanmasına dair iş aparır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin direktoru Tural Məmmədov bildirib.

O qeyd edib ki, informasiya təhlükəsizliyi məsələsi sadəcə informasiya sistemlərinin deyil, həm də istifadəçilərin qorunmasını edir: "Xüsusən bank sektorunda hesabların olması və yaxud vətəndaşların hesablarından tranzit kimi istifadə olunması göstərir ki, vətəndaşın məlumatı dəyərli görünməsə də, hakerlər üçün məlumat dəyərli ola bilir. İstənilən hesabdan, istər onun məlumatları qismində, istərsə də onun tranzit və yaxud onun hansısa ad altında gizlənməsi nöqteyi nəzərindən vacib element kimi istifadə oluna bilər. Bu baxımdan informasiya təhlükəsizliyi sahəsində kibergigiyenanın artırılması önəmlidir. Dövlət İmtahan Mərkəzi ilə bu istiqamətdə artıq razılıq əldə olunub, Mərkəzin dövlət qulluqçuları üçün həyata keçirdiyi imtahanlar çərçivəsində banklara kibergigiyena suallarının hazırlanması üzərində işlər aparılır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İKT

Hamısına bax