Azərbaycan bankları üçün kibergigiyena sualları hazırlanacaq

Azərbaycan bankları üçün kibergigiyena sualları hazırlanacaq
31.05.2023 15:08
Aa
dəq

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Dövlət İmtahan Mərkəzi ilə birlikdə banklar üçün kibergigiyena suallarının hazırlanmasına dair iş aparır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin direktoru Tural Məmmədov bildirib.

O qeyd edib ki, informasiya təhlükəsizliyi məsələsi sadəcə informasiya sistemlərinin deyil, həm də istifadəçilərin qorunmasını əhatə edir: "Xüsusən bank sektorunda tranzit hesabların olması və yaxud vətəndaşların hesablarından tranzit kimi istifadə olunması göstərir ki, vətəndaşın məlumatı özünə dəyərli görünməsə də, hakerlər üçün istənilən məlumat dəyərli ola bilir. İstənilən hesabdan, istər onun məlumatları qismində, istərsə də onun tranzit və yaxud onun hansısa ad altında gizlənməsi nöqteyi nəzərindən vacib element kimi istifadə oluna bilər. Bu baxımdan informasiya təhlükəsizliyi sahəsində kibergigiyenanın artırılması önəmlidir. Dövlət İmtahan Mərkəzi ilə bu istiqamətdə artıq razılıq əldə olunub, Mərkəzin dövlət qulluqçuları üçün həyata keçirdiyi imtahanlar çərçivəsində banklara kibergigiyena suallarının hazırlanması üzərində işlər aparılır".

Həftənin ən çox oxunanları

“Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb

“Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb
DAVAMIN OXU davamın oxu

XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edib

XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

“Google”dan rəsmi proqramlarla bağlı yenilik
DAVAMIN OXU davamın oxu

Natəvan Həsənova: Lider qadınlara sərmayə qoymaq və gender bərabərliyini dəstəkləmək vacibdir

Natəvan Həsənova: Lider qadınlara sərmayə qoymaq və gender bərabərliyini dəstəkləmək vacibdir
DAVAMIN OXU davamın oxu

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib
DAVAMIN OXU davamın oxu