Operativ Məlumat Mərkəzi

Azərbaycan avarçəkəni Olimpiya Oyunlarına lisenziya qazanıb

1 dəq
Paylaş:
Azərbaycan avarçəkəni Olimpiya Oyunlarına lisenziya qazanıb

Akademik avarçəkmə üzrə yığmasının üzvü Diana -2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının xidmətindən məlumat verilib.

Dımçenko bu uğura Macarıstanın Seqed şəhərində edilən Avropa Olimpiya Təsnifat reqatasında nail olub.

İdmançı yarımfinalda finişə hamıdan tez çatıb. O, 2000 metr məsafəyə yürüşdə birinci olub (07:40.67/07:40.67).

Bu nəticə ilə avarçəkənimiz əsas A finalına vəsiqə əldə edib. Reqlamentə əsasən, buradakı yarışı ilk üçlükdə başa vuran idmançılara olimpiada lisenziyası verilib.

Diana Dımçenko vəzifənin öhdəsindən gələrək Paris Olimpiadasına lisenziyanı təmin edib. Milli üzvü A finalında 2-ci olub.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunlarında təmsil olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax