Əsas məzmuna keç

AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanın nəticələri yeni ildən sonra açıqlanacaq

AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanın nəticələri yeni ildən sonra açıqlanacaq

bu barədə RİA “Novosti” Qazaxıstan Baş nazirinin müavini və hadisəsnin araşdırılması üzrə Dövlət Komissiyasının rəhbəri Kanat Bozumbayeva istinadən...

2024-cü ilin dekabrında yaxınlığında AZAL-a məxsus Embraer-190 sərnişin təyyarəsinin qəzası ilə bağlı araşdırmanın nəticələri yeni ildən sonra açıqlana bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA “Novosti” Qazaxıstan Baş nazirinin müavini və hadisəsnin araşdırılması üzrə Dövlət Komissiyasının rəhbəri Kanat Bozumbayeva istinadən məlumat yayıb.

“Bu cür araşdırmaların normativ müddəti təxminən bir ildir, bəzən bir az da uzun bilər. Hazırda müvafiq işlər davam etdirilir”, – bildirib.

O, yekun hesabatın dərcində gecikmə ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, avqust ayının əvvəlində Bozumbayev qəzanın yekun hesabatının bir neçə ay ərzində təqdim olunmasının planlaşdırıldığını deyib. Həmin vaxt o qeyd edib ki, təyyarənin avionika modulu ekspertiza üçün ABŞ-a göndərilib.

Xatırladaq ki, AZAL-a məxsus 190 təyyarəsi –Qroznı reysi ilə hərəkətdə olarkən, 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbində yerləşən Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, onlardan yalnız 29 nəfər sağ qalıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…