Operativ Məlumat Mərkəzi

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - 14.04.2025

1 dəq
Paylaş:
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - 14.04.2025

İşğaldan azad ərazilərdə və 2025/2026, 2026/2027, 2027/2028-ci illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

"Peşə təhsili haqqında" qanuna da uyğunlaşdırma xarakterli dəyişiklik edilib.

Bu Qanun 2025-ci il sentyabrın 15-dən qüvvəyə minir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax