İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbəqədər təhsil müəssisəsində 243 uşaq tədrisə cəlb olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.
“Həmin ərazilərdə daha 6 məktəbəqədər təhsil müəssisəsinin istifadəyə verilməsini planlaşdırırıq”, - nazir qeyd edib.
O həmçinin bildirib ki, növbəti tədris ilində Qarabağda 11 ümumi təhsil müəssisəsinin açılması nəzərdə tutulur:
"Qarabağ və Şərqi Zəngəzurda ümumi təhsil müəssisələrində 2 807 şagird təhsil alacaq".