Operativ Məlumat Mərkəzi

AYNA: Sabah qeyri-iş günü olmasa da, parklanma xidməti ödənişsiz olacaq

2 dəq
Paylaş:
AYNA: Sabah qeyri-iş günü olmasa da, parklanma xidməti ödənişsiz olacaq
Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanma xidməti ödənişsizdir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab...

Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanma ödənişsizdir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nazirliyinin tabeliyindəki Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bayram günlərində nəqliyyat xidmətlərindən güzəştli istifadə ilə bağlı qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb: "Nəqliyyat vasitələrinin parklanması üçün ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri ödəniş tələb olunmur".

Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycanda iş və günlərinin yerləri dəyişdirilib. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 28 və 29 dekabr tarixləri iş günü olduğundan, bu həftə ardıcıl 7 gün iş olacaq. 30-31 dekabr, 1-5 yanvar tarixləri isə qeyri-iş günü olacaq.

Yeni ilin ilk iş günü yanvarın 6-na təsadüf edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax