Əsas məzmuna keç

Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstərib, polis atəş açıb

Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstərib, polis atəş açıb

Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib...

Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə göstərib qaçmağa cəhd edib.

DİN-in Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, sentyabrın 24 -də gecə saatlarında məhkum olunan 1991-ci il təvəllüdlü Əlizadə Fərid saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə atəş açılıb.

Xəsarət alan şübhəli şəxs xəstəxanaya yerləşdirilib. Onun üzərindən bıçaq, satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan olan herion aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…