Operativ Məlumat Mərkəzi

Axtarışda olan şəxs Tacikistan vətəndaşı ölkəsinə ekstradisiya edilib

1 dəq
Paylaş:
Axtarışda olan şəxs Tacikistan vətəndaşı ölkəsinə ekstradisiya edilib

Təkrar və xeyli miqdarda dələduzluqda ittiham 2021-ci ildə dövlətlərarası axtarışa verilmiş Respublikasının vətəndaşı 1973-cü il təvəllüdlü Şaripova Rano Sirojevnanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, Rano Şaripova cari ildə ölkəmizdə müəyyən edilərək həbs edilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax