Əsas məzmuna keç

Avtomobili nömrəsiz sürən və polisə müqavimət göstərən şəxs saxlanılıb

Avtomobili nömrəsiz sürən və polisə müqavimət göstərən şəxs saxlanılıb

Xaçmaz rayonunda avtomobili qeydiyyat nişanı olmadan idarə edərək polisə müqavimət göstərən şəxs saxlanılıb. Bu barədə "Operativ Məlumat...

Xaçmaz rayonunda avtomobili nişanı olmadan idarə edərək polisə şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayon sakini Təbriz Məhərrəmov “Azsamand” markalı avtomobili dövlət qeydiyyat nişanları olmadan idarə etdiyi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda saxlanılıb:

"Araşdırma zamanı onun avtomobili sürücülük hüququ olmadan idarə etməsi də müəyyən olunduğundan, hər iki fakt üzrə qanunvericiliyə uyğun tədbir görülüb. Lakin məsuliyyətdən yaxa qurtarmaq, törətdiyi qanunazidd əməlləri cəmiyyətə yanlış yöndə təqdim etmək məqsədi güdən Təbriz Məhərrəmov sonradan dostu ilə birgə posta gələrək avtomobili yandıracaqlarını, özlərinə xəsarət yetirəcəklərini bildirməklə süni gərginlik yaratmağa calışıb, onları intizama dəvət edən YPX əməkdaşlarına hədə-qorxu gələrək tabesizlik göstərib. Hər iki şəxs saxlanılaraq aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib.

Baş Dövlət Yol Polisi İdarəsi törətdikləri hüquqazidd əməllərdən nəticə çıxarmaq əvəzinə, aqressiv, qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu bir daha qeyd edir, qanunvericiliyin tələblərini pozan, iştirakçılarının təhlükəsizliyini təhdid edən şəxslərə qarşı kəsərli tədbirlərin görüləcəyini bildirir".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…