Əsas məzmuna keç

Avstriyanın sabiq XİN başçısı: “NATO Ukraynaya vaxtı keçmiş döyüş sursatları göndərir”

Avstriyanın sabiq XİN başçısı: “NATO Ukraynaya vaxtı keçmiş döyüş sursatları göndərir”

bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl bildirib. O, Kosovoya səfəri zamanı rastlaşdığı bir hadisəni danışıb:  “1999-cu ilin iyun-iyul...

NATO keçmiş Yuqoslaviyada kimi, Ukraynaya da keçmiş sursatları göndərir.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Avstriyanın keçmiş naziri Karin bildirib.

O, Kosovoya səfəri zamanı rastlaşdığı bir hadisəni danışıb:

“1999-cu ilin iyun-iyul aylarında ilk dəfə Kosovoya bir qrup alman istehkamçı ilə birlikdə getdim. Orada söhbət əsanasında bizə dedilər ki, Serbiyada piyada əleyhinə minalar istehsal olunmur. Bütün bu döyüş sursatları NATO arsenalından idi. Onların partlamamasının səbəbi isə bu gün Ukraynada olduğu kimi vaxtı keçmiş döyüş sursatlarından istifadə edilməsi idi. İndi də “Tomahawk” raketləri. NATO “silmək istədiyi” sursatları Ukraynaya göndərməkdədir”, - o deyib.

K.Knaysl qeyd edib ki, tarix bu günə qədər davam edir: “Kosovalılar qurban, serblər təcavüzkar idi, indiki vəziyyətdə problemlərə baxanda 1999-cu ildən bəri heç nəyin həll olunmadığını görürük”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…