Operativ Məlumat Mərkəzi

Avropada qaz anbarlarından gündəlik istifadə 300 milyon kubmetri ötüb

2 dəq
Paylaş:
Avropada qaz anbarlarından gündəlik istifadə 300 milyon kubmetri ötüb

Avropa İttifaqının (Aİ) yeraltı anbarlarındakı (YQS) qaz ehtiyatı 5 yanvar tarixində bitən qaz sutkasının sonuna təqribən 94,7 milyard edir ki, bu da əvvəlki beş ilin bu tarixinə olan göstəricidən 15,6 milyard kubmetr, ötən illə müqayisədə isə 4 mlrd. kubmetr çoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatından görmək olur.

Bildirilir ki, avropalı istehlakçılar YQS-dən istifadə sürətini artırıblar və hazırda bu göstərici 230-240 milyon kubmetrə çatıb.

YQS-dəki 85,54% təşkil edir ki, bu da 2019-2023-cü illərdə bu tarix üçün orta göstəricidən 12,8 bəndi, keçən illə müqayisədə isə 2,2 faiz bəndi çoxdur.

Qaz anbarlarının doldurulması mövsümünün əvvəlindən - noyabrın ilk həftəsindən indiyədək 14,1 faiz bəndi azalıb. Avropalı istehlakçılar təxminən iki ay ərzində 15,6 milyard kubmetrə yaxın qaz istifadə ediblər.

Avropa Komissiyası YQS-lərin Avropada qaz təchizatının etibarlılığının təmin edilməsində mühüm rol oynadığını qeyd edib. 2022-ci ilin iyun ayında qışa hazırlığı optimallaşdırmaq üçün qəbul edilmiş qaz saxlancları qaydaları Aİ ölkələri üçün noyabrın 1-dək YQS obyektlərini 90% doldurmağı məcburi hədəf qoyub. 2023-cü ildə Aİ hədəf səviyyəyə artıq avqustun ortalarında çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax