Operativ Məlumat Mərkəzi

Avqust ayında azad edilmiş ərazilərdə 772 mina zərərsizləşdirilib

1 dəq
Paylaş:
Avqust ayında azad edilmiş ərazilərdə 772 mina zərərsizləşdirilib

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, azad olunan ərazilərdə avqust ayı ərzində 221 tank əleyhinə mina, 551 piyada əleyhinə mina, 27812 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 7235.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, , Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd (DSX) və dörd özəl Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax