Əsas məzmuna keç

Aviaqəzada həlak olanlardan biri Cəlilabad sakinidir

Aviaqəzada həlak olanlardan biri Cəlilabad sakinidir

onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyənləşib. Q.Sadıqov Qroznıda fəhlə kimi çalışırmış. Ailədə bir qardaş və bir bacı olublar,...

AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlardan biri rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyənləşib.

Q.Sadıqov Qroznıda fəhlə kimi çalışırmış.

Ailədə bir qardaş və bir bacı olublar, subaymış.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si , 16-sı , 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…