Operativ Məlumat Mərkəzi

ATƏT PA müşahidəçilər missiyasının formalaşdırılmasına başlayıb

2 dəq
Paylaş:
ATƏT PA müşahidəçilər missiyasının formalaşdırılmasına başlayıb

Avropada Təşkilatının Parlament Assambleyası (PA) Azərbaycanda sentyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı missiyasının formalaşdırılması üçün hazırlıq işlərinə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ATƏT PA-nın mətbuat xidməti məlumat yayıb.

ATƏT PA seçkilərə dəvət aldığını təsdiqləyib, lakin qeyd edib ki, missiyanın tərkibi barədə danışmaq hələ tezdir:

“Biz qarşıdan gələn seçkiləri müşahidə etmək üçün dəvət almışıq və missiya göndərməyi planlaşdırırıq. Təşkilati işlərə yenicə başlanılıb və missiya rəhbərləri hələ təyin olunmayıb. Müşahidəçilərin sayı son qeydiyyat tarixindən sonra, adətən seçki gününə bir neçə həftə qalmış müəyyən ediləcək”, - məlumatda bildirilib.

Bundan əlavə, bildirilib ki, seçki günü ATƏT PA missiya rəhbərlərinin iştirakı ilə keçirəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax