Operativ Məlumat Mərkəzi

Aşqabadda Xəzəryanı ölkələrin XİN başçılarının müşavirəsi keçiriləcək

2 dəq
Paylaş:
Aşqabadda Xəzəryanı ölkələrin XİN başçılarının müşavirəsi keçiriləcək

Bu ilin sonunda Aşqabadda Xəzəryanı ölkələrin nazirlərinin müşavirəsinin keçirilməsi planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Aşqabaddakı müvəqqəti işlər vəkili Pyotr Şukin bildirib.

“Xəzər regionunun geostrateji, siyasi, resurs, və iqtisadi potensialını nəzərə alsaq, onun Avrasiyanın mərkəzində ən mühüm birləşdirici halqa kimi rolu yalnız artacaq. Xəzər regionunun bütün dövlətlərinin ərazisindən keçən və hazırda inkişafı istiqamətində işlərin fəal şəkildə aparıldığı “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin əhəmiyyəti də artmaqdadır", - diplomat deyib. .

Onun sözlərinə görə, bu günə qədər regional əməkdaşlığa dair 9 beştərəfli dövlətlərarası saziş və protokoldan ibarət sanballı hüquqi baza yaratmaq mümkün olub. Daha bir neçə sənəd isə işlənmə və ya ratifikasiya mərhələsindədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax