Operativ Məlumat Mərkəzi

Artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın yeni məbləği nə qədər olacaq?

1 dəq
Paylaş:
Artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın yeni məbləği nə qədər olacaq?

Azərbaycanda pensiyaların artırılması nəticəsində orta pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov pensiyaların indeksləşdirilərək artırılmasına dair konfransında deyib.

O bildirib ki, yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.

Nazir müavini söyləyib ki, 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün 6,5 milyard manat vəsait nəzərdə tutulub.

Qeyd edək ki, İlham Əliyevin bu gün imzaladığı yeni sərəncamla bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb. Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 xərclənəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax