Əsas məzmuna keç

Arif Əsədov: Yığmamız Bolqarıstana qarşı əzmkar mübarizə apardı

Arif Əsədov: Yığmamız Bolqarıstana qarşı əzmkar mübarizə apardı

Komandamız oyuna istəkli çıxmışdı. Bunun nəticəsidir ki, əzmkar mübarizə göstərdik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri millisinin məşqçisi Arif yığması ilə 1:1 hesablı heç-heçə etdikləri “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündən sonra konfransında deyib.

A.Əsədov oyundan öncə rəqibi yaxşı analiz etdiklərini diqqətə çatdırıb: "Bolqarıstan güclü komandadır. Onlar yaxşı müdafiə olunurdular. Amma onlara verilən tapşırıqların öhdəsindən yaxşı gəldilər".

Mütəxəssis bildirib ki, milli komanda istədiyinin 80 faizini reallaşdıra bildi: "Ani bir anda qol buraxdıq. Bəzi qol epizodlarından istifadə edə bilmədik. Lakin nəticə ürəkaçan oldu. Heyətə yeni oyunçular cəlb etdik. Bu da müsbət nəticə verdi. Onlar özlərini meydanda yaxşı göstərdilər. Təəssüf ki, Vüsal İsgəndərli zədə səbəbindən oyunda iştirak edə bilmədi. Bəzi futbolçularımız da zədədən əziyyət çəkirdilər Buna baxmayaraq, qələbəyə yaxın idik. Musa Qurbanlının vurduğu qol matçın taleyini həll etdi".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…