Operativ Məlumat Mərkəzi

Arda Gülər “Real”da ilk oyununa çıxacaq

1 dəq
Paylaş:
Arda Gülər “Real”da ilk oyununa çıxacaq

Arda La Liqada debütə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bonuslarla birlikdə 30 milyon avroya “”dan “Real”ına transfer olunan 18 yaşlı futbolçu yeni komandasında ilk oyununa çıxacaq.

Paytaxt klubunun Amerika toplanışı zamanı zədələnən futbolçu 6 həftəlik fasilədən sonra intensiv məşqləri bərpa edib. Mərkəz yarımmüdafiəçisi La Liqanın VII turu çərçivəsində keçiriləcək “Las Palmas”la ev oyununda iştirak edəcək. Baş məşqçi Ançelottinin türk futbolçunu matçın ikinci hissəsində meydana buraxması gözlənilir.

Qeyd edək ki, Arda sabiq komandası ilə 51 matçda 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax