Operativ Məlumat Mərkəzi

Anlaşma Memorandumu imzalanıb

2 dəq
Paylaş:
Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda Miqrasiya üzrə Təlim Mərkəzinin yaradılmasına ilkin zəmin hazırlamaq və bu istiqamətdə görülən işlərin sürətləndirilməsi məqsədilə hazırlanmış " Respublikası Dövlət Miqrasiya Xidməti və Miqrasiya Təşkilatı arasında Miqrasiya üzrə Regional Təlim Mərkəzi (MRTM) ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Anlaşma Memorandumunu Dövlət Miqrasiya Xidməti adından Vüsal Hüseynov, Beynəlxalq Miqrasiya Təşkilatı adından isə Antonio imzalayıb.

Memorandum gələcəkdə mərkəzin beynəlxalq səviyyədə təkmil kurikulum əsasında fəaliyyətin təmin edilməsi istiqamətində atılan vacib addım kimi səciyyələndirilib.

Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri ətrafında da fikri mübadiləsi aparılıb.

Görüşdən sonra Antonio Vitorino Miqrasiya üzrə Regional Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olub, həmçinin “Miqrasiya Məktəbi” layihəsinin iştirakçıları və Mərkəzin fəaliyyətində yaxından iştirak edən Miqrasiya Könüllüləri ilə görüşüb. Baş direktor Xidmətin Muzeyini ziyarət edib və xatirə kitabına ürək sözlərini yazıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax