Operativ Məlumat Mərkəzi

Ankarada terror hücumü, ölən və yaralılar var - YENİLƏNİB

2 dəq
Paylaş:
Ankarada terror hücumü, ölən və yaralılar var - YENİLƏNİB

Ankarada aktı qurbanlarının sayı 5-ə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin naziri Əli Yerlikaya məlumat yayıb.

O qeyd edib ki, daha 22 nəfər yaralanıb.

***

Prezidenti Rəcəb Tayib Ərdoğan -ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Türkiyə lideri bunu Kazanda Prezidenti Vladimir Putinlə görüşündə deyib.

***

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-ın binasında baş verənləri terror aktı nəticəsində 3 nəfərin şəhid olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Nazir qeyd edib ki, hücum nəticəsində 14 nəfər yaralanıb.

Terror aktını törədən 2 terrorçu zərərsizləşdirilib.

***

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-ın binasında baş verənləri terror aktı adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Nazir hadisə nəticəsində ölən və yaralananların olduğunu da bildirib.

***

Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Partlayışın səbəbləri hələ məlum deyil.

“Ankarada, Qəhrəmankazan rayonunda TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, atışma səsləri də eşidilir”, - deyə məlumatda bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax