Operativ Məlumat Mərkəzi

Ankarada Şuşa mədəniyyət günlərinin açılış mərasimi keçirilib

2 dəq
Paylaş:
Ankarada Şuşa mədəniyyət günlərinin açılış mərasimi keçirilib

Noyabrın 13-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və -un birgə təşkilatçılığı ilə “Ankarada Şuşa günləri”nin açılış mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, TÜRKSOY-un baş ofisində təşkil olunan tədbirdə Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKSOY-un Sultan Raev, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmilər iştirak ediblər.

Qarabağın incisi olan tarixi Şuşa üçün çox mühüm əhəmiyyət kəsb edən tədbirdə çıxışı zamanı Aydın Kərimov 2023-cü il ərzində Şuşa şəhərinin Türk xalqlarının mədəniyyətini, zəngin tarixini əks bir çox tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Tədbirdə şuşalı rəssamların şəhərin tarixini, özünəməxsus təbiətini, gözəlliyini özündə əks etdirən rəsm əsərləri nümayiş olunub, muğam ustalarının ifasında doğma Qarabağımızın tərənnümü ilə bağlı mahnılar səsləndirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax