Operativ Məlumat Mərkəzi

Andrey Lunyov "Qarabağ" azarkeşlərinə təşəkkür edib

2 dəq
Paylaş:
Andrey Lunyov "Qarabağ" azarkeşlərinə təşəkkür edib

""dan ayrılan rusiyalı qapıçı Andrey Lunyov azarkeşlərə təşəkkür edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, klubun xidmətinə açıqlama verən 32 yaşlı qolkiper Ağdam klubunda olduğu müddətdə tərəfdarlarının ona böyük verdiyini söyləyib.

"Əziz azarkeşlər, bu mövsum, bizə bəxş etdiyiniz sevinc dolu anlara görə hamınıza təşəkkür ! Biz də öz növbəmizdə çalışırdıq ki, sizə təşəkkürümüzü eyni formada bildirək. Uğur və uğursuzluq dövründə həmişə yanımızda oldunuz. Səfər etdiyimiz bütün ölkələrdə bizə dəstək oldunuz, bu da bizə əlavə güc, enerji verirdi. Bütün qəlbimlə sizə təşəkkür edirəm. Gələcəkdə də "Qarabağ"ı belə dəstəkləməyinizi arzulayıram. Futbolçuların buna ehtiyacı var. Uğurlar diləyirəm!", - deyə o bildirib.

Qeyd edək ki, 2023-cü ildən "köhlən atlar"da çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la çempionu və kubokunun qalibi olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax