Operativ Məlumat Mərkəzi

Anar Bağırov: “Azərbaycanda Ailə Məhkəmələrinin yaradılması zəruridir”

3 dəq
Paylaş:
Anar Bağırov: “Azərbaycanda Ailə Məhkəmələrinin yaradılması zəruridir”

"Ailə mübahisələrinin spesifikliyini mürəkkəbliyini nəzərə , ailə sahəsində hakimlərin və ya Ailə Məhkəmələrinin yaradılması zəruridir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ailə qanunvericiliyinə əsasən, nikahın gələcəkdə tərəflərdən birinin sadəcə ilə, maneəsiz şəkildə (buna ciddi əsaslar olmadan) qaydasında pozulmasına imkan verir:

"Yəni nikahda olan tərəfin biri, istənilən formal əsas və səbəb göstərməklə (münasibətlərin pozulması, xasiyyətlərin uyğun gəlməməsi və s.), digər tərəfin istəyi olmadan, nikaha məhkəmə qaydasında xitam verilməsinə nail ola bilər. Bu səbəbləri göstərməsə belə, şəxsin sadəcə nikahın pozulması ilə bağlı iradə ifadəsi buna kifayətdir. Belə olan hallarda, məhkəmə, 3 aylıq müddət gözləməklə nikaha xitam verə bilər. Lakin ailə mübahisələrinin spesifikliyini mürəkkəbliyini nəzərə alaraq, ailə sahəsində ixtisaslaşan hakimlərin və ya Ailə Məhkəmələrinin yaradılması zəruridir. Xarici ölkələrin təcrübələrinə diqqət etdikdə görə bilərik ki, bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə Ailə Məhkəmələri mövcuddur. Eyni zamanda Rusiyanın Ali Məhkəməsində Mülki Kollegiyanın tərkibində ailə işlərinə baxan xüsusi tərkib formalaşdırılıb. Düşünürəm ki, bu praktika bizdə də tətbiq edilsə, ailə problemlərinin və boşanmaların səbəbini dərindən öyrənilməsinə zəmin yaradacaq və nəticə etibarı ilə boşanmaların sayının azalmasına müsbət təsir göstərəcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax