Operativ Məlumat Mərkəzi

AMEA-nın fəaliyyət istiqamətləri açıqlanıb

2 dəq
Paylaş:
AMEA-nın fəaliyyət istiqamətləri açıqlanıb

Milli Akademiyasının () istiqamətləri təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Akademiyanın nizamnaməsinə əsasən, qurumun fəaliyyət istiqamətləri aşağıdakılardır:

- elm sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

- Akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvlərinin seçkilərini təşkil etmək və keçirmək;

- həyata keçirdiyi elmi tədqiqatların Azərbaycan Respublikasının -iqtisadi inkişafına dair milli prioritetlərə və inkişaf strategiyasına uyğun təşkilini və inkişafını təmin etmək;

- elmi potensialın formalaşdırılması və qorunması mühitini təmin etmək;

- elmi innovasiyanı və elmin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- strukturuna daxil olan elmi müəssisələrdə elmi-metodik və elmi təşkilati işlər həyata keçirmək.

Nizamnaməyə əsasən, təbiət, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə, Azərbaycanın iqtisadi, sosial, mədəni və innovativ inkişafına xidmət göstərmək Akademiyanın fəaliyyətinin əsas məqsədidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax