Əsas məzmuna keç

Alyona Kolesnik də Avropa çempionu oldu

Alyona Kolesnik də Avropa çempionu oldu

59 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada Alina Filipoviçlə (Ukrayna) üz-üzə gəlib. Rəqibinə qalib gələn Kolesnik karyerasında ilk...

Azərbaycanın daha bir qadın güləşçisi Alyona Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 59 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada Alina Filipoviçlə () üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kolesnik karyerasında ilk dəfə qitə çempionatında qızıl medal əldə edib.

Daha əvvəl Mariya Stadnik (50 kq) 10-cu titulunu rəsmiləşdirib.

Bu gün mübarizəyə qoşulan Jalə Əliyeva (57 kq) 1/4 finalda, Birgül Soltanova 1/8 finalda, Elis Manolova (65 kq) isə yarımfinala məğlub olub. Manolova sabah medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…