Operativ Məlumat Mərkəzi

Almaniyanın xarici işlər naziri Bakıda yalan bəyanat verib

2 dəq
Paylaş:
Almaniyanın xarici işlər naziri Bakıda yalan bəyanat verib

Almaniyanın naziri Annalena Berbok Azərbaycana zamanı XİN-də konfransında yalan açıqlama ilə çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, o, Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə "Real" televiziyasının müxbirinin sualına yanlış və yalan dolu cavab verməklə kifayətlənib.

Almaniyalı nazir əvvəlcə suala cavab verərkən özünün Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir edib, daha sonra Azərbaycanın xarici işlər nazirinin sualın mahiyyətini xatırlatmasından sonra bildirib ki, o bu gün Bakıda Ermənistandan köçmüş şəxslərlə görüş keçirib.

Etibarlı mənbələrdən əldə olunmuş məlumata əsasən, əslində Almaniyanın xarici işlər naziri Bakıda restoranların birində vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edib.

Qeyd edək ki, alman nazirə qaçqın və köçkünlərlə görüş təklifi verilsə də, o bu görüşdən imtina edib.

Berbok anlamalıdır ki, qaçqınlarının və məcburi köçkünlərinin 30 ildən artıq davam etmiş əzab-əziyyətini anlamaq üçün onlarla görüş vacib idi və bu kimi yalan açıqlamalar Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinə müsbət təsir etmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax