Operativ Məlumat Mərkəzi

Almaniyada 400 minə yaxın ev quşu məhv edildi

2 dəq
Paylaş:
Almaniyada 400 minə yaxın ev quşu məhv edildi

Almaniyada quş hallarının artması səbəbindən 400 minə yaxın ev quşunun məhv edildiyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Fridrix Löffler İnstitutunun (FLI)" açıqlamasında qeyd olunub ki, quş qripi halları ən ağır keçən 2021-ci ildəki göstəricilərlə oxşarlıq təşkil edir.

Məlumata görə, Almaniyada 30 fermada 400 min toyuq, , qaz və hind quşu məhv edilib və utilizasiya olunub.

Mütəxəssislər vəziyyətin gələcəkdə necə inkişaf edəcəyini proqnozlaşdırmağın mümkün olmadığını bildiriblər.

İndiyədək ən böyük itkilər Meklenburq-Qərbi Pomeraniya və bölgələrində alınıb.

Brandenburg əyalətinin Märkisch-Oderland bölgəsi quş qripi səbəbindən daha 130 min quşun məhv ediləcəyini açıqlayıb. Eyni bölgədə bundan əvvəl 150 min ev quşu da məhv edilmişdi.

Qeyd edək ki, 2020–2021-ci illərin qış aylarında Almaniyada 2 milyondan çox ev quşu quş qripi səbəbindən məhv edilməli olmuşdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax