Operativ Məlumat Mərkəzi

Almaniya və Fransa Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazırdır

2 dəq
Paylaş:
Almaniya və Fransa Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazırdır

Kansleri Olaf Şolts və Fransa prezidenti zamanı Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen məlumat verib.

"Almaniya Kansleri Olaf Şolts Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Onlar ilk növbədə Suriyadakı vəziyyəti müzakirə edib, yeni hakimiyyətlə fundamental insan hüquqlarına riayət edilməsi, eləcə də etnik və dini azlıqların müdafiəsi əsasında əməkdaşlığa hazır olduqlarını bildiriblər", - Ş.Hebeştrayt qeyd edib.

Şolts və Makron həmçinin Suriyanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasının vacibliyini vurğulayıblar.

"Onlar Suriyada inklüziv siyasi prosesə dəstək də daxil olmaqla, Avropa İttifaqının ölkədə iştirakını gücləndirmək üçün birlikdə işləməyə razılaşıblar", - Almaniya hökumətinin nümayəndəsi əlavə edib. O qeyd edib ki, gələcək addımlar Yaxın Şərqdəki tərəfdaşlarla sıx əlaqədə müzakirə olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax