Operativ Məlumat Mərkəzi

Alim Bayel: Azərbaycan COP29 çərçivəsində AQEM-ə sədrlik edəcək

2 dəq
Paylaş:
Alim Bayel: Azərbaycan COP29 çərçivəsində AQEM-ə sədrlik edəcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik Qazaxıstandan Azərbaycana keçəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bu gün səfirlikdə təşkil olunan - kənd təsərrüfatı forumunda deyib.

“Azərbaycan və Qazaxıstan təşkilatlarda uğurla edən iki sülhsevər ölkədir. Buna AQEM çərçivəsində ölkələr arasında əməkdaşlığı nümunə göstərmək olar. Noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində AQEM-də sədrlik Qazaxıstandan Azərbaycana keçəcək”, - o bildirib.

Səfir, həmçinin qeyd edib ki, ölkələr arasında iqtisadiyyat, enerji, turizm, və bir çox digər sahələrdə əlaqələr inkişaf edib.

Xatırladaq ki, AQEM Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib.

Qərara əsasən, sədrliyimiz çərçivəsində ölkəmizin 2024-cü ildə AQEM Xarici İşlər Nazirləri Şurasına, 2026-cı ildə isə AQEM Dövlət və Hökumət Başçılarının Şurasına (Sammit) ev sahibliyi etməsi nəzərdə tutulub.

Qeyd edək ki, AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci il tarixində Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Təşəbbüsün məqsədi, Asiyada təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat yaradılmasıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax