Operativ Məlumat Mərkəzi

Aİ birgə qaz alışını davam etdirir

2 dəq
Paylaş:
Aİ birgə qaz alışını davam etdirir

Avropa İttifaqı (Aİ) üzv ölkələrin təbii qaz alışı üçün yaradılmış platforma çərçivəsində ikinci prosesinə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Aİ Komissiyası elan edib ki, etibarlı təchizatçılar Aİ-nin ikinci birgə təbii qaz satınalma çərçivəsində təkliflər təqdim etməyə dəvət olunur.

Açıqlamada bildirilib ki, tender 2023-cü ilin avqustundan 2025-ci ilin martına qədər olan dövrü əhatə edir və 49 şirkətin tələb etdiyi 15,9 milyard təbii qazın çatdırılmasını əhatə edir.

İyulun 10-na qədər davam edəcək tenderdəki ümumi tələbin təxminən yarısının mayeləşdirilmiş təbii qazın (LNG) alınmasıdır.

Açıqlamada xatırladılıb ki, Aİ-nin ilk birgə qaz alqı-satqısı tenderi 11,6 milyard kubmetr qaz tədarükü müqaviləsi ilə nəticələnib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax