Operativ Məlumat Mərkəzi

Ağstafada toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Ağstafada toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB

İyunun 22-si saat 19:07-dən başlayaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən bildirilib.

Onların hər birinə zəruri xidmət göstərilib. Xəstəxanaya müraciət edənlərdən 18 nəfəri evə buraxılıb, 28 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxşdir.

***

Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən qurumlarla Ağstafa rayonunda fəaliyyət göstərən “İnci” sarayında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dərhal araşdırmalara başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Hadisənin baş verdiyi axşam saatlarında Agentliyin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə həm şadlıq sarayına, həm də qidaların hazırlandığı yerlərə baxış keçirilərək müvafiq tədbirlər görülüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax