Operativ Məlumat Mərkəzi

Agentlik məktəblərə telefon aparılmasına qadağa qoyulması barədə məlumatlara aydınlıq gətirib

2 dəq
Paylaş:
Agentlik məktəblərə telefon aparılmasına qadağa qoyulması barədə məlumatlara aydınlıq gətirib

Elm və yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərə dərsə mobil gətirməyə qadağa qoyulması barədə məlumatların təhrif edildiyini və yayılan xəbərin reallığı əks etdirmədiyini açıqlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Agentliyindən bildirilib.

"Məlumat üçün ki, ötən tədris ilinin ikinci yarımilindən başlayaraq ölkəmizin 300 məktəbində “Ümumi təhsil müəssisələrində davranış qaydaları” edilib.Həmin qaydalara əsasən, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır.

Bir daha yekun olaraq bildiririk ki, bu qayda yalnız pilot olaraq seçilmiş 300 məktəbdə tətbiq edilir", - qurumdan qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax