Operativ Məlumat Mərkəzi

Ağdərədə keçmiş döyüş mövqeyində kütləvi məzarlıq aşkarlanıb, 10-dan çox Azərbaycan hərbçisinin qalıqları tapılıb

1 dəq
Paylaş:
Ağdərədə keçmiş döyüş mövqeyində kütləvi məzarlıq aşkarlanıb, 10-dan çox Azərbaycan hərbçisinin qalıqları tapılıb

Hazırda mütəxəssislərdən ibarət heyət Ağdərə rayonunda axtarış qazıntı işlərini davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

"Mənə verilmiş məlumata əsasən, keçmiş döyüş mövqeyi olmuş yüksəklikdə növbəti aşkarlanıb. İlkin məlumata əsasən, kütləvi məzarlıqda 10-dan çox Azərbaycan hərbçisinə aid meyit qalıqları müəyyən edilib. Tədbirin proqramına əsasən, sabah konfrans iştirakçılarının həmin əraziyə səfəri reallaşdırılacaq", deyə Ə. Nağıyev bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax