Operativ Məlumat Mərkəzi

Ağdaşda narkotik satan, oğurluq edən doqquz nəfər saxlanılıb

2 dəq
Paylaş:
Ağdaşda narkotik satan, oğurluq edən doqquz nəfər saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və etməkdə şübhəli bilinən ümumilikdə 9 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı yaşadığı ünvanda külli miqdarda saxlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, məhkum olunmuş Səməd Abbasov saxlanılıb.

Ona məxsus evə baxış keçirilərkən oradan kisələrdə və 37 ədəd bükümdə ümumi çəkisi 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 7 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan heroin, marixuana və metamfetamin aşkarlanıb.

Noyabr ayının əvvəllərində isə rayonun Pirəzə kəndində mağazadan tütün məmulatlarının oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də bir neçə dəfə oğurluğa görə məhkum olunmuş Samir Babayev saxlanılıb. Araşdırma zamanı həmin şəxsin Ağsu rayonunda da oğurluq etdiyi müəyyən olunub. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını paytaxta apararaq orada satdığını bildirib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax