Operativ Məlumat Mərkəzi

Minaya düşən Ağdam sakininin vəziyyəti ağırdır - YENİLƏNİB

2 dəq
Paylaş:
Minaya düşən Ağdam sakininin vəziyyəti ağırdır - YENİLƏNİB

Minaya düşən sakininin vəziyyəti ağırdır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1968-ci il təvəllüdlü kişi aprelin 2-də saat 12:00 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona sağ baldırın aşağı 1/3 hissəsinin amputasiyası diaqnozu ilə təyin edilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

Ağdam rayonunun işğaldan azad edilmiş Çəmənli kəndi ərazisində aprelin 2-də mina hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi, Baş və Minatəmizləmə Agentliyinin (ANAMA) xidmətləri birgə məlumat yayıblar.

Bildirilib ki, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax