Operativ Məlumat Mərkəzi

Ağdam Musiqi Kollecindəki korrupsiya faktları barədə cinayət işi məhkəməyə göndərilib

2 dəq
Paylaş:
Ağdam Musiqi Kollecindəki korrupsiya faktları barədə cinayət işi məhkəməyə göndərilib

Ağdam Kollecinin sabiq direktoru Rafail Musayevin külli miqdarda alması ilə bağlı yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan məlumat verilib.

İstintaq zamanı Rafail Musayevin qeyd olunan vəzifədə işlədiyi 2019-2023-cü illər ərzində kollecdə müəllimlərin işlə təmin edilməsi, onlara əlavə dərs saatlarının verilməsi, habelə tələbələrin imtahanlardan məqbul qiymət alması müqabilində ümumilikdə 45 min manatdan artıq pul vəsaitini rüşvət qismində almasına əsaslı müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rafail Musayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax