Operativ Məlumat Mərkəzi

Ağcabədidə tapança satmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO

1 dəq
Paylaş:
Ağcabədidə tapança satmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində tapança satmaqda şübhəli şəxs saxlanılıb.

DİN-in Xidmətinin Bərdə qrupundan "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq silah əldə edərək satmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Hüseynov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərinə müvafiq qaydada keçirilən baxış zamanı 1 ədəd "Makarov" markalı tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb.

Faktla bağlı başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax