Əsas məzmuna keç

Ağcabədidə saxlanılan şəxsdən 10 kiloqram narkotik vasitələr aşkarlanıb

Ağcabədidə saxlanılan şəxsdən 10 kiloqram narkotik vasitələr aşkarlanıb

Ağcabədi rayonunda polisin saxladığı şəxsdən 10 kiloqram narkotik vasitələr aşkar edilib. "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyi (DİN)...

Ağcabədi rayonunda polisin saxladığı şəxsdən 10 narkotik aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyi (DİN) xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış nəticəsində rayon sakini Vüsal Əliyev saxlanılıb.

Onun idarəsində olan avtomobildən götürülən çantaya baxış zamanı 6 kiloqram marixuana, 2 kiloqram heroin və 2 kiloqram həşiş aşkarlanıb. V.Əliyevin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…