Operativ Məlumat Mərkəzi

Ağacların qanunsuz kəsilməsi halları aşkarlanıb

1 dəq
Paylaş:
Ağacların qanunsuz kəsilməsi halları aşkarlanıb

Dövlət Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən tədbirləri zamanı Bakı şəhərinin və Zaqatala rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz məhv edilməsi halları aşkar olunub.

Xidmətdən "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, araşdırma zamanı paytaxtın Xətai rayonu, Xəqani Rüstəmov küçəsində və 8 Noyabr prospektində, Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində, Xəzər rayonu Qala-Pirallahı avtomobil yolunun kənarında və Zaqatala rayonunun qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 135 min 560 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax