Operativ Məlumat Mərkəzi

Ağac kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanıb

2 dəq
Paylaş:
Ağac kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanıb

Baş Prokurorluğun təqibindən kənar icraatlar idarəsində Saatlı, İsmayıllı, Quba, Qusar rayonları və şəhəri ərazisində qanunsuz ağackəsmə faktı ilə bağlı araşdırma aparılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumat yayıb.

Araşdırma zamanı Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, həmçinin Saatlı rayonu Qara Nuru kəndi, İsmayıllı rayonu Xankəndi kəndi, Qusar rayonu Gündüzqala bələdiyyəsi ərazisində, Quba rayonu Quba-Xudat magistral avtomobil yolunun cənub hissəsində meşə fonduna daxil olmayan ümumilkdə 215 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 44 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 259.1-ci ( ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə orqanlarına göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax