Əsas məzmuna keç

Adın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişir

Adın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişir

bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən,...

Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yeri üzrə qeydə alınır.

Layihəyə əsasən, ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınacaq.

Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən dərhal hakim tərəfindən gücləndirilmiş imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…