Operativ Məlumat Mərkəzi

Adil Kərimli Saatlıda vətəndaşları qəbul edib - FOTOLAR

2 dəq
Paylaş:
Adil Kərimli Saatlıda vətəndaşları qəbul edib - FOTOLAR

Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir, vətəndaşların müraciət və təklifləri dinlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, naziri Adil Kərimli aprelin 3-də Saatlı rayon Gənclər evində vətəndaşları qəbul edib.

Qəbuldan öncə nazir Adil Kərimli və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Saatlı şəhərindəki abidəsi tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Saatlı, Sabirabad, İmişli, Beyləqan və Hacıqabul rayonlarından olan müraciət və təkliflərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax