Operativ Məlumat Mərkəzi

Abşeronda keçirilən əməliyyatlar zamanı 64 odlu silah və əl qumbaraları aşkarlanıb

2 dəq
Paylaş:
Abşeronda keçirilən əməliyyatlar zamanı 64 odlu silah və əl qumbaraları aşkarlanıb

Abşeron rayonunda vətəndaşlar 64 odlu silah, 33 əl qumbarasını polisə könüllü təhvil veriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Abşeron Rayon Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti -profilaktik tədbirlər keçirilib.

Vətəndaşlarla aparılan profilaktik söhbətlərin nəticəsi olaraq 11-i Kalaşnikov avtomatı, 3-ü tapança və 50-si ov tüfəngi olmaqla qanunsuz saxlanılan ümumilikdə 64 odlu silah, 33 əl qumbarası və müxtəlif çaplı patronlar polisə könüllü təhvil verilib.

Narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı keçirilən zamanı isə 10 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən külli miqdarda və çətənə kolları çıxarılıb.

Abşeron rayonunda oğurluq və digər cinayətlərin törədilməsinə görə axtarışda olan 9 nəfər saxlanılıb, “isti izlərlə” 26 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 188, xırda xuliqanlıq və talama ilə əlaqədar 93 fakt aşkarlanıb, mülki axtarışda olan 29 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qaydalarını pozan 315, spirtli içki və narkotiklərin təsiri altında avtomobil idarə edən 6, vasitəsinin konstruksiyasında dəyişiklik edən 18, dayanma-durma qaydalarını pozan 216 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax