Operativ Məlumat Mərkəzi

ABŞ Yəməndə husilərin 10 pilotsuz uçuş aparatına hücum edib

1 dəq
Paylaş:
ABŞ Yəməndə husilərin 10 pilotsuz uçuş aparatına hücum edib

ABŞ Yəməndə husilərə pilotsuz təyyarələrə hava zərbələri endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, CNN telekanalı bu barədə ABŞ-ın rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.

Məlumata görə, “F-18 Hornets” qırıcıları Yəmənin qərbində buraxılmaq üçün hazırlanan 10 pilotsuz məhv edib. Bu zərbələr husilərin silah anbarlarına edilən hücum seriyasının sonuncusu olub.

Eyni zamanda, ABŞ-ın gəmisi Yəmən husiləri tərəfindən buraxılan üç pilotsuz uçan aparatı və ballistik raketi vurub.

Husilərin Ədən körfəzi istiqamətində atdıqları gəmi əleyhinə raketin ABŞ Hərbi Dəniz Qüvvələrinin "Carney" esminesi tərəfindən vurulduğu bildirilir. Bundan təxminən bir saat sonra esminesə yaxınlaşan daha üç pilotsuz aparatı da zərərsizləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax