Operativ Məlumat Mərkəzi

ABŞ vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb

2 dəq
Paylaş:
ABŞ vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb

ABŞ bir daha vətəndaşlarını İranı vasitəsilə tərk etməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-ın İrandakı səfirliyinin saytında məlumat dərc edilib.

Səfirlik hava məkanının bağlanması və risklərini əsas gətirərək amerikalıları İranı dərhal tərk etməyə çağırıb. Xəbərdarlıqda və Türkiyə ilə quru sərhədlərinin açıq olduğu, Azərbaycan və Türkmənistana keçid üçün əvvəlcədən razılığa ehtiyac olduğu bildirilib.

O da qeyd olunub ki, bunun üçün onlara xüsusi icazələr veriləcək: “Bu məqsədlə Azərbaycan Hökumətinin rəsmi təsdiqi tələb olunur. Bu təsdiq sərhəd-buraxılış məntəqəsinə gedərkən hər kəsin üzərində olmalıdır. İran ərazisində müxtəlif səbəblərdən olan ABŞ vətəndaşları icazə sənədini almaq üçün ABŞ-ın Azərbaycandakı səfirliyinə ad, soyadı, doğum tarixi və pasport məlumatlarını elektron qaydada göndərərək müraciət etməlidir”.

Qeyd edək ki, ABŞ bundan əvvəl də belə bir edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax