Operativ Məlumat Mərkəzi

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti İlham Əliyevi təbrik edib

3 dəq
Paylaş:
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti İlham Əliyevi təbrik edib

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandov İlham Əliyevə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Şimali Amerikanın Mərkəzi Asiya mənşəli 80 min Buxara yəhudisi adından 2024-cü il fevralın 7-də keçirilən seçkilərdə qazandığınız yeni qələbə münasibətilə səmimi təbrikləri qəbul etməyinizi xahiş edirəm.

Sizin inamlı qələbəniz, yenidən Prezidenti seçilməyiniz həyatın bütün sahələrində demokratik dəyişikliklərin dərinləşdirilməsi üzrə kursunuzun gələcəkdə də həyata keçirilməsinə zəmin yaradır. Şübhəsiz ki, Siz beynəlxalq əməkdaşlığa yeni impuls verirsiniz və ölkəni inkişaf etmiş demokratik dövlət quruculuğu yolu ilə inamla irəli aparırsınız.

Ölkənin yenidən seçilmiş Prezidenti olmaq həqiqətən də qürurvericidir və bütün dünyaya özünün beynəlxalq səviyyədə tanınan universallığını göstərir. Bu gün respublikada hüquqi bərabərlik, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların azadlığı üçün hər cür şəraitin yaradılması bizi sevindirir.

Biz amerikalılarla görüşlərimiz zamanı və Amerika mediasında çıxışlarımızda Azərbaycanın həyatında müsbət dəyişiklikləri məmnunluqla diqqətə çatdırırıq və xalq diplomatiyasının imkanlarından istifadə edərək ABŞ ilə Azərbaycan arasında dostluq körpüsü rolunu oynamaqda davam edirik.

İstəyirik ki, Sizin həyatınız gələcəkdə də müdrikliklə və məğlubedilməzliklə zəngin olsun. Qoy, bu seçkilər respublikanın yeni zirvələr fəth etməsi yolunda yeni mərhələ olsun! Sizi bir daha səmimi-qəlbdən təbrik edirik. Azərbaycana gələcəkdə də tərəqqi arzulayırıq. Sizə və ailənizə möhkəm cansağlığı, əmin-amanlıq və kimi məsuliyyətli vəzifənizdə uğurlar diləyirəm. Sizə dərin ehtiramıma əmin ola bilərsiniz".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax